Logo

“Cəmiyyətdə I siniflərə qəbulun imtahanla keçirilməsi fikirlər formalaşır"

24.06.2023 14:14 887 baxış
IMG

“Cəmiyyətdə birinci siniflərə qəbulun sanki imtahanla həyata keçirilməsi ilə bağlı fikir formalaşır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspertin sözlərinə görə, bu prosedur imtahanla deyil, müsahibə yolu ilə aparılır:

"Bu prosedur bütövlükdə birincilərə deyil, yalnız rus bölməsinin birinci siniflərinə qəbul olunmaq istəyənlərə şamil olunur. “Təhsil haqqında” və “Ümumtəhsil haqqında” qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir. 2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir və onlar müsahibə mərhələsində iştirak etməlidirlər. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Müsahibə prosedurunun tətbiq olunmasına yaranan zərurət isə rus bölməsi üzrə sinif azlığı və rus dili müəllimlərinin çatışmazlığı fonunda son illər rus bölməsinə marağın bir neçə dəfə artmasıdır”. 

Xəbər lenti